“Azərişıq” ASC-nin əməkdaşı Laçında minaya düşüb

22.11.2021 Off By Füzuli İsmayılov

“Azərişıq” ASC-nin əməkdaşı ötən gün Laçında minaya düşüb.

Hadisə Laçın rayonunun Güləbird kəndində qeydə alınıb.

Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman piyada əleyhinə minaya düşüb.

Xəsarət alan şəxsin sağ ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Share