Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlumatı

22.11.2021 Off By Füzuli İsmayılov
2021-ci ilin yanvar-oktyabr ayları ərzində prokuror tərəfindən 157 cinayət işinin başlanması təmin edilib
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.
Bir bunu deyən yazı "GÜNÜN RAQAMI 157 cinayat işi 2021-ci ilin yanvar-oktyabr ayları arzinda sadalaşdirilmiş icraat materialları üzre prokuror tarefindan 157 cinayat işinin başlanması tamin edilmişdir. AZORBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORLUĞU" şəkili ola bilər
Bu günün rəqəmi isə 157-dir.
Belə ki, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində sadələşdirilmiş icraat materialları üzrə prokuror tərəfindən 157 cinayət işinin başlanması təmin edilmişdir.
Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.
                                                                                                                                                                                                                                                    “HAKİMİYYET.com”

 

Share