Şuşa 2023-cü ildə TÜRKSOY-un mədəniyyət paytaxtı elan ediləcək – Anar Kərimov
24.11.2021Şuşa 2023-cü ildə TÜRKSOY-un mədəniyyət paytaxtı elan ediləcək.
Bunu Mədəniyyət naziri Anar Kərimov “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında çıxışı zamanı deyib.
“Bu məlumat TÜRKSOY-un toplantısında elan olunacaqdı, amma mən prosesləri qabaqlamaq istədim. Bütün türkdilli qardaşlarımızın iştirakı ilə tədbirlər keçiriləcək” – deyə, nazir qeyd edib.
“HAKİMİYYƏT” qəzeti









