“Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə”

26.11.2021 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti arasındakı əməkdaşlıq çərçivəsində “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” regional proqramı üzrə Ombudsman Aparatı tərəfindən “Dövlət qurumlarında yaxşı idarəçiliyin təbliğində Ombudsmanın rolu və bu istiqamətdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi” mövzusunda növbəti təlim Gəncə şəhərində keçirilib. Təlimdə Ombudsmanın Gəncə Regional Mərkəzi, aidiyyəti dövlət qurumlarının yerli nümayəndəlikləri və vətəndaş cəmiyyəti institutları təmsil olunub.

“HAKİMİYYƏT” qəzeti
Share