Erməni terrorunun azyaşlı qurbanları

26.11.2021 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva “Erməni terrorunun azyaşlı qurbanları” adlı layihənin təqdimatında iştirak edib. Tədbir zamanı Qarabağ Dirçəliş Fondu tərəfindən dünya ictimaiyyətini Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər barədə məlumatlandırmaq məqsədilə yaradılmış “Karabakh Memorial” internet resursunun təqdimatı keçirilib.

Bir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər Ombudsman tədbirdə “Vətən müharibəsi dövründə Ermənistan tərəfindən uşaq hüquqlarının pozulması” mövzusunda çıxış edib. S. Əliyeva çıxışında Ermənistan silahlı qüvvələrinin Naftalan, Ağcabədi, Gəncə, Tərtər, Bərdə kimi şəhər və rayonlarımızda yerləşən mülki yaşayış məntəqələrini qadağan edilmiş silahlardan atəşə tutması nəticəsində həlak olmuş və yaralanmış uşaqlar barədə danışıb.

 

“HAKİMİYYƏT” qəzeti

Share