Britaniyalı həkimlər “omikron” ştammının təhlükəli olduğunu şübhə altına alıblar
28.11.2021Britaniyalı həkimlər koronavirusun yeni “omikron” ştammının təhlükəli olduğunu şübhə altına alıblar. Bundan əvvəl ölkənin baş naziri Boris Conson onu çox təhlükəli adlandırmışdır. Xüsusilə, yeni ştammın peyvənd edilmiş insanlar arasında yoluxmaya səbəb ola biləcəyi bildirilirdi.
Ekspertlər heç də baş nazirin narahatlığını bölüşmürlər. Belə ki, mütəxəssislər hesab edir ki, ölkə üçün “Delta” ştammı daha böyük təhlükə yaradır. Həkimlər bildirir ki, hamı yaxşı bilirdi ki, koronavirusun yeni ştammları yaranacaq və “omikron”-la bağlı tədqiqatlar başa çatana qədər heç bir qəti qərar vermək olmaz.









