Vergiödəyicisi olmayan fiziki şəxslərdən hansı mallar nağd qaydada satın alına bilər?

28.11.2021 Off By Füzuli İsmayılov

Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, vergiödəyiciləri tərəfindən vergiödəyicisi olmayan fiziki şəxslərdən bəzi mallar nağd qaydada satın alına bilər.

Dövlət Vergi Xidməti xəbər verir ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının, eləcə də əlvan və qara metal qırıntılarının qəbulu zamanı malların nağd qaydada satın alınması mümkündür.

Qanunda, həmçinin utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu, utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu və xam dərinin tədarükü də (alışı) öz əksini tapıb.

“HAKİMİYYƏT” qəzeti

Share