III Azərbaycan İnvaziv Konqresi panel sessiyalarla davam edir
28.11.2021Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi nəzdində fəaliyyət göstərən İnvaziv İşçi Qrupunun III Azərbaycan İnvaziv Konqresi davam edir.
Panel sessiyalar zamanı təqdimat və müzakirələrlə yanaşı, Azərbaycan, İsrail və Özbəkistan səhiyyə müəssisələrində icra edilən cərrahi əməliyyatlar canlı yayımlanır.
Xatırladaq ki, konqresdə 9 ölkədən 73 məruzəçi iştirak edir. Türkiyə, Qırğızıstan, İsrail, Gürcüstan, Almaniya, Özbəkistan, Avstraliya və İrandan mütəxəssislər gəliblər. Tədbirdə dörd ölkədən – Azərbaycan, Türkiyə, İsrail və Özbəkistandan 5 mərkəzdən 8 canlı yayım edilir. Konqresin işi yutub kanalı üzərindən rus dilində Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Gürcüstana canlı yayımlanır. Tədbir çərçivəsində xüsusilə gənc mütəxəssislər üçün koronar simulyasyon kursu da təşkil olunub.
Qeyd edək ki, konqresin işinə noyabrın 28-də yekun vurulacaq./AZƏRTAC
“HAKİMİYYƏT” qəzeti









