Narkomaniya ümumbəşəri bəladır
01.12.2021Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 3 saylı tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayev çıxış edərək narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, sağlamlığına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışıb, psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edib. Qeyd edilib ki, bu bəladan gənclərimizi qorumaq üçün hər kəs fəal vətəndaşlıq mövqeyi sərgiləməli, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirdikləri qabaqlayıcı tədbirlərə yaxından kömək etməlidir.
Sonra çıxış edənlər narkomaniyanın təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də ümumilikdə bəşəriyyətin gələcəyi üçün təhlükə yaratdığını qeyd edib, gəncləri bu bəladan uzaq olmağa çağırıblar.
Sonda şagirdlər tərəfindən bədii kompozisiyalar nümayiş olunub.
“HAKİMİYYƏT” qəzeti











