Baş Prokurorluqdan“Giveaway” dələduzluğu ilə bağlı vətəndaşlarımıza müraciət edilib

Baş Prokurorluqdan“Giveaway” dələduzluğu ilə bağlı vətəndaşlarımıza müraciət edilib

01.12.2021 Off By Füzuli İsmayılov

GİVEAWAY DƏLƏDUZLUĞU Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb. Hazırda təqdim olunan videoda sosial şəbəkələrdə keçirilən “Giveaway” müsabiqəsindən dələduzluq vasitəsi kimi istifadə edilməsi ilə bağlı vətəndaşlarımıza müraciət edilib.

“HAKİMİYYƏT” qəzeti

Share