PREZİDENTDƏN yeni təyinat: Emin Zamin oğlu Hüseynov kimdir?-DOSYE
02.12.2021 Off By Füzuli İsmayılovPrezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Emin Zamin oğlu Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib
Emin Zamin oğlu Hüseynov 12 noyabr 1974-cü ildə anadan olub. E. Hüseynov orta təhsilini də Sumqayıtda alıb.
1996-cı ildə Azərbaycan Dövlət İqtisad Institutunun Kommersiya fakültəsini beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib. 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb. 2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini alıb.
2014-cü ildə Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Emin Hüseynov 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində iqtisadçı, 2001–2003-cü illərdə Beynalxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində iqtsadçı işləyib.
2003 – 2005-ci illərdə Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində ölkə üzrə iqtisadçı, 2005 – 2007-ci illərdə Milli Bankda Tədqiqatlar departamentinin direktoru, 2007 – 2008-ci illərdə Milli Bankda Tədqiqatlar və statistika departamentinin direktoru, 2008-2010-cu illərdə Mərkəzi Bankda Tədqiqatlar departamentinin direktoru, Mərkəzi Bankın baş iqtisadçısı vəzifələrində çalışıb.
2010 – 2013-cü illərdə Mərkəzi Bankda Tədqiqatlar və inkişaf mərkəzinin direktoru, Mərkəzi Bankın baş direktoru olub.
2013 – 2016-cı illərdə Azərbaycan Diplomatiya Akademiyasında Strategiya və inkişaf məsələləri üzrə prorektor, 2016-cı ilin yanvar ayından iyun ayına kimi “ADA” Universitetində Elmi məsələlər və strategiya üzrə prorektor vəzifələrini tutub.
2016-cı ilin mart ayında Azərbaycan Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncamı əsasında yaradılmış İşçi Qrupun üzvü təyin edilib. Prezident İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Zamin oğlu Hüseynov Azərbaycan Respublikası maliyyə nazirinin müavini təyin edilib.
O, 29 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub.
2021-ci ilin 24 may tarixində Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Evlidir, üç övladı var.
“HAKİMİYYƏT” qəzeti











