“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilir
07.12.2021Dəyişiklik layihəsində işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi təklif olunur.
Həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, dəyişiklik layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycanın 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb.
“HAKİMİYYƏT” qəzeti











