Kəlbəcər rayonunda mövqelərimiz atəşə tutulub

08.12.2021 Off By Füzuli İsmayılov

Dekabrın 8-i saat 14:35-dən 15:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan intensiv atəşə tutub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Hakimiyyet.info.az-a bildiriblər ki, qarşı tərəfin susdurulması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

“HAKİMİYYƏT” qəzeti

Share