Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində növbəti təxribata əl atıb

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində növbəti təxribata əl atıb

10.12.2021 Off By Füzuli İsmayılov

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti təxribata əl atıb.
Hakimiyyet.info.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, dekabrın 9-u saat 15:00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən  Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub.
Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

“HAKİMİYYƏT” qəzeti

Share