Azərbaycanın Müdafiə naziri Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanı ilə görüşüb
11.12.2021Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Hakimiyyet.info.az-a bildirilib ki ,dekabrın 10-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.
Müdafiə naziri Bəhreyn Krallığı ilə birgə hərbi əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu istiqamətdə görülən işlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Qonaq həm öz adından, həm də Bəhreyn Kralı adından Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Azərbaycan Ordusunun bütün şəxsi heyətinə təbriklərinin çatdırılmasını xahiş edib.
Görüşdə regionda hərbi-siyasi vəziyyət, hərbi əməkdaşlığın inkişaf perspektivləri və müdafiə sahəsində digər məsələlər müzakirə edilib.
Füzuli Əfqanoğlu,
“HAKİMİYYƏT” qəzeti











