BİLƏSUVARDA SAYĞACA BAXIŞ KEÇİRƏN NƏZARƏTÇİYƏ QARŞI XULİQANLIQ

BİLƏSUVARDA SAYĞACA BAXIŞ KEÇİRƏN NƏZARƏTÇİYƏ QARŞI XULİQANLIQ

11.12.2021 Off By Füzuli İsmayılov

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Hakimiyyet.info.az-a verilən məlumatda bildirilir ki, Rayon Polis Şöbəsinə dekabrın 9-da Yuxarı Cürəli kəndi ərazisində rayon sakini M.Abbasovun qol nahiyəsinə kəsici alətlə xəsarət yetirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla rayon elektrik şəbəkəsinin işçisi olan M.Abbasovun kənd sakini Ə.Rufullayevin elektrik sayğacına baxış keçirmək istəyərkən onun xuliqanlıq zəminində M.Abbasova xəsarət yetirməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Ə.Rufullayev saxlanılıb. Biləsuvar RPŞ-də faktla əlaqədar cinayət işi başlanıb.

“HAKİMİYYƏT” qəzeti

Share