140 şəxs barəsində amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilib

140 şəxs barəsində amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilib

13.12.2021 Off By Füzuli İsmayılov

2021-ci ilin yanvar-noyabr ayları ərzində prokurorluq orqanları tərəfindən 140 şəxs barəsində amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilib.

Hakimiyyet.info.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumarda bildirilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.
Bu günün rəqəmi isə 140-dır.
Belə ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində prokurorluq orqanları tərəfindən 140 şəxs barəsində amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilmişdır.
Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

“HAKİMİYYƏT” qəzeti

Share