Xaçmazda narkotikin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıblar

Xaçmazda narkotikin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıblar

16.12.2021 Off By Füzuli İsmayılov

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Hakimiyyet.info.az-a verilən məlumata görə, Sumqayıt şəhər sakini Yaşar Abbasovun idarə etdiyi “Daewoo” və Xaçmaz sakini Rəşad Abdurəhmanovun idarə etdiyi “QAZ 33021” markalı avtomobillər rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıblar.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri və eyni zamanda hər iki şəxsin sürücülük vəsiqələrinin olmadığı müəyyən edilib. Həmin şəxslər barəsində protokollar tərtib olunub və Xaçmaz rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs ediliblər.

“HAKİMİYYƏT” qəzeti

Share