Mahaçqala-Bakı aviareysi bərpa olunur
17.12.2021Yeni ildən etibarən Mahaçqala-Bakı-Mahaçqala müntəzəm sərnişin aviareysi üzrə uçuşlar bərpa olunacaq.
Mahaçqala aeroportunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Rusiyanın “S7 Airlines” aviaşirkəti Mahaçqaladan Bakıya uçuşlarını 2022-ci il yanvarın 1-dən bərpa edəcək. Uçuşlar hər həftənin şənbə günləri “Boeing-737-800” təyyarələri ilə həyata keçiriləcək. Mahaçqaladan uçuş yerli vaxtla saat 16:00-da, Bakıdan isə saat 18:55-də yerinə yetiriləcək.
Qeyd edək ki, sözügdən reys əlverişsiz epidemioloji vəziyyətlə əlaqədar təxirə salınmışdı. /APA-Economics”
“HAKİMİYYƏT” qəzeti











