Əməkdar jurnalist Əhməd İsayev dünyasını dəyişib

27.12.2021 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Əhməd İsayev 30 avqust 1940-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirən kimi təsərrüfatda əmək fəaliyyətinə başlayıb.
 Ə.İsayev 1964-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar jurnalisti (1987), “Qızıl qələm” (1974), “Ustad” ali jurnalistika (1995), “Həsən bəy Zərdabi” (1996) və “Araz” (1999) ali ədəbi mükafatları laureatı, 2003-cü ildən AKTA-nın fəxri doktoru, 1992-ci ildən “Gəncə və gəncəlilər” Xeyriyyə Cəmiyyətinin sədri olub.

Ə. İsayev ürək çatışmazlığından dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Share