Fransalı futbolçu “Neftçi”yə təşəkkür etdi

Fransalı futbolçu “Neftçi”yə təşəkkür etdi

02.01.2022 Off By Füzuli İsmayılov

Bir neçə gün öncə “Neftçi”dən ayrılan fransalı futbolçu Romen Bask Bakı klubu ilə vidalaşıb.

Bask şəxsi instaqram hesabı vasitəsi ilə sabiq klubuna təşəkkür edib. “Şatoru” ilə müqavilə bağladığını bildirən 26 yaşlı fransalı onu dəstəkləyən “Neftçi”nin azarkeşlərinə də ayrıca minnətdarlığını çatdırıb, onlara uğurlar arzulayıb.
Bask “Neftçi”yə yay fasiləsində “Havr”dan keçmişdi. O, paytaxt təmsilçisinin heyətində 12 oyun keçirib. Fransalı futbolçu “Şatoru” ilə 3 illik müqavilə imzalayıb.

“HAKİMİYYƏT” qəzeti

Share