DTX Bakıda avtobusa bomba qoyub partlatmaq istəyən Öməri həbs etdi

DTX Bakıda avtobusa bomba qoyub partlatmaq istəyən Öməri həbs etdi

02.01.2022 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikası Dövlət Təhlükəsiziliyi Xidmətinin (DTX) bir neçə gün əvvəl terrorçulara qarşı keçirdiyi əməliyyatın bəzi təfərrüatı məlum olub.

Terrorçulardan “Ömər” ləqəbli A.Quliyev oktyabrın 26-da Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində zərərsizləşdirilib.

Belə ki, DTX əməkdaşları terrorçuluq fəaliyyətində şübhəli bilinən 21 yaşlı A.Quliyevin Bakı-Ələt yolunda hərəkətdə olan avtobusda olmasını müəyyənləşdirib.

Əməliyyatçılar A.Quliyevi avtobusdan endirmək istəyərkən o, üzərində olan əl qumbarasını partlatmaq istəyərək müqavimət göstərməyə çalışıb: “Bu zaman DTX əməkdaşları yüksək peşəkarlıq nümayiş etdirərək avtobusda olan şəxslərin və Bakı-Ələt yolunda olan digər nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə “Ömər”ə atəş açaraq onu zərərsizləşdirib”, – deyə, hüquq-mühafizə orqanlarındakı mənbə vurğulayıb.”Report”

“HAKİMİYYƏT” qəzeti

Share