Bakıda hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bakıda hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

04.01.2022 Off By Füzuli İsmayılov

Yanvarın 5-6-da Bakıda və Abşeron yarımadasında gözlənilən
hava şəraiti açıqlanıb. Hakimiyyet.info.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki,
yanvarın 5-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu
olacağı, arabir tutulacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimalqərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti olacaq.
Yanvarın 6-da dəyişkən buludlu olacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq.

“HAKİMİYYƏT” qəzeti

Share