Koronavirusa yoluxma üzrə rekord qeydə alınıb

Koronavirusa yoluxma üzrə rekord qeydə alınıb

04.01.2022 Off By Füzuli İsmayılov

2021-ci ilin dekabr ayında bütün dünyada 24,7 milyon nəfər koronavirusa yoluxub, bu da pandemiya dövründə qeydə alınan ən yüksək göstəricidir. Bu rəqəm noyabr ayı ilə müqayisədə 8,5 milyon nəfər çox olub. Təkcə 2021-ci ilin sonunda 8,4 milyon yeni yoluxma qeydə alınıb. Bu da pandemiya dövrünün ən yüksək göstəricisi olub.

İndiyədək dünyada ən yüksək aylıq yoluxma göstəricisi 2021-ci ilin aprelində qeydə alınmışdı. O zaman 22 milyondan çox şəxs virusa yoluxmuşdu.

Qeyd edək ki, bu günədək dünyada koronavirusa yoluxanların sayı 293 milyon nəfərə çatıb. 5,4 milyondan çox şəxs vəfat edib.

“HAKİMİYYƏT” qəzeti

Share