Nursultan Nazarbayev istefaya göndərildi

Nursultan Nazarbayev istefaya göndərildi

05.01.2022 Off By Füzuli İsmayılov

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.

K. Tokayev eks-prezident Nursultan Nazarbayevin Milli Təhlükəsizlik Şurasının sədri postundan azad olunduğunu bildirib. O, bu gündən Təhlükəsizlik Şurasına sədrlik edəcəyini söyləyib. Tokayev tezliklə yeni təkliflər paketi ilə çıxış edəcəyini və hazırda paytaxt Astanada olduğunu da qeyd edib. O, paytaxtı tərk etməyəcəyini söyləyib. Prezident Qazaxıstanda etirazlar zamanı asayiş keşikçiləri arasında qətlə yetirilən şəxslərin olduğunu söyləyib.

“HAKİMİYYƏT” qəzeti

Share