AĞSTAFADA ARVAD ƏRİNİ ÖLDÜRDÜ

AĞSTAFADA ARVAD ƏRİNİ ÖLDÜRDÜ

05.01.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az-a Ağstafa rayon prokurorluğundan daxil olan məlumatda bildirilir ki, Ağstafa rayonu, Dağkəsəmən kənd sakini 1984-cü il təvəllüdlü Elvin Abdullayevin yaşadığı evdə öldürülməsi barədə yanvarın 4-ü saat 12 radələrində rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin arvadı 1985-ci il təvəllüdlü Aynur Abdullayevanın yanvarın 3-ü saat 05 radələrində birlikdə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Elvin Abdullayevin baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Aynur Abdullayeva təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

“HAKİMİYYƏT” qəzeti

Share