TOFİQ AĞACANOV: Zakir Qaralovun həbs edilməsi üçün KİFAYƏT QƏDƏR ƏSASLAR VAR

TOFİQ AĞACANOV: Zakir Qaralovun həbs edilməsi üçün KİFAYƏT QƏDƏR ƏSASLAR VAR

06.01.2022 Off By Füzuli İsmayılov

TOFİQ AĞACANOV

Dəyərli oxucular, dostlar və hörmətli prokuror həmkarlarım! 2000-ci ildə sabiq Baş prokuror Zakir Qaralov bu vəzifəyə təyin edən zaman, ona “prokurorluq orqanlarında islahatların aparılması” barədə Prezident Heydər Əliyev tərəfindən müvafiq göstərişlər verildi. Prezidentin göstərişlərini təmin etmək və islahatlar aparmaq əvəzinə, Zakir Qaralov ilk növbədə prokurorluqda olan savadlı, vicdanlı, peşəkar və professional işçiləri uzaqlaşdırdı, onların yerlərlərinə Oqtay Əsədov kimi iribuynuzlu vəzifəli şəxslərin, İcra başçılarının və oliqarxların övladlarını və qohumlarını işə götürdü və onları yüksək vəzifələrə təyin etdi. Oqtay Əsədov Milli Məclisin sədri olduğuna görə, onun kürəkəni, “iki eşşəyin arpasını bölə bilməyən”, Mehman Qocayevi Bakı Şəhər prokurorunun birinci müavini vəzifəsinə təyin etdi. Eləcə də, Baş Prokurorluqda professional əməkdaşlar olan 3 generalı, 2 hüquq üzrə elmi dərəcəli və 4 hüquq elmləri namizədi olan professional və peşəkar əməkdaşları Baş Prokurorluqdan kənarlaşdırdı. Onların içində Baş Prokuror olmuş Murad Babayevi, Baş Prokurorun müavini Nazim Allahverdiyevi, İdarə rəisləri Hüseyn Əlixanovu, Ağamməd İbişovu, Azər Vahabzadəni, Cavanşir İsmayılovu, Çingiz Mustafayevi və tanınmış general Xanlar Ələkbərovu, Baş Prokurorun köməkcisi Vüqar Əzimovu, tanınmış prokuror əməkdaşları olan Bəhram Zahidovu, İsmayıl Səlimovu, Həsən Qasımovu, Əmrulla Şirvanovu, Nazim Ağamirzəyevi, Eldəniz Hüseynovu, Mirəhməd Abbasovu, Şaiq Salmanovu və adlarını çəkmədiyim digər professional əməkdaşları Baş Prokurorluqdan əsassız olaraq uzaqlaşdırdı. Həmin şəxslərin yerinə də, vəzifəli şəxslərin savadsız və qanunçuluqdan məlumatı olmayan övladlarını və qohumlarını təyin etdi. Təəssüflər olsun ki, Qaralov bununla kifayətlənmədi, Respublika Prokurorluğunun Qanunla üzərinə qoyulmuş funksiyalarını və prokuror təsirlərini gündən-günə məhv etməyə, onun nəzarətedici nüfüzünü gündən-günə aşağı salmağa başladı. Bu qanunsuzluq və ədalətsizliklər ilə yanaşı, Qaralov öz yüksək vəzifələrindən sui-istifadə edib, korrupsiya əməllərini və cinayətlərini də, törətdi.Onun 20 il müddətində Baş Prokuror olduğu zaman demək olar ki, törətmədiyi cinayətləri qalmadı. Bildiyiniz kimi:

1. Hacı Məmmədovun bandasının törətdiyi cinayətləri barədə Baş Prokurorluğa gəlib ona məlumat verən Rəna Nəsibovanın öldürülməsi;

2. Prokuror əməkdaşımız Rövşən Əliyevin öldürülməsi;

3. Tanınmış dövlət xadimi Ziya Bunyadovun qətli;

4. Prokuror əməkdaşı ilə bir araya sığmayan və Qanunla qadağa qoyan biznes fəaliyyəti ilə məşqul olması və yaratdığı “AKKORD” Şirkətlər qrupunda törətdiyi cinayətləri;

5. “ZaminBank”ın İdarə heyətinin sədri ilə əlbir olub xüsusilə külli miqdarda vəsaitlərin mənimsənilməsi və həmin pulların AKKORD vasitəsi ilə Azərbaycandan kənara çıxarılması;

6. MTN-də Mövlan Şixaliyevin və digərlərin törətdiyi cinayətlərini rüşvət alıb ört-basdır etdirməsi;

7. Bakı şəhərində “Gənçlik Metro” stansiyasında tunelin çəkilməsi üçün 512 milyon ABŞ dolları vəsaitin dövlətdən mənimsənilməsi;

8. Baş Prokurorluqda prokurorluq əməkdaşlarını 3 aydan artıq müddətdə sərəncamda saxlayıb onların əmək haqqlarının və Qanunla ödəniləcəyi nəzərdə tutulan digər vəsaitlərin mənimsənilməsi;

9. Baş Prokuror vəzifəsindən azad olunmaqdan əvvəl prokuror əməkdaşlarından dələduzluqla xüsusilə küli miqdarda pul yığması kimi və içtimaiyyətə artıq məlum olan digər çoxsaylı ağır və xüsusilə axır cinayətlərini törətmişdir. Lakın, barəsində cinayət işi başlamaq və cinayət məsuliyyətinə cəlb etmək əvəzinə, çox təəssüflər olsun ki, onun bu “fəaliyyəti” müsbət hesab edilmiş və döşünə medallar asılmışdır. Hətta, “əvəzolunmaz işci kimi” tanınmış və Qanuna zidd olaraq 20 il Baş Prokuror vəzifəsində saxlanmışdır. Bildiyiniz kimi, Qaralovu Baş Prokuror vəzifəsinə 3 dəfə təyin edən zaman, buna maneçilik törədən (qadağa qoyan) Qanuna dəyişiklik də etdilər. Beləliklə, 20 ildir ki, Qaralovun törətdiyi bu və digər cinayətlərini ört-basdır edirlər. Acınacaqlı hall odur ki, bu ört-basdır edilməsi faktları Prezident Aparatında və məhkəmələrdə də baş verməkdə davam edir. Məlum olduğu kimi, “Tərtər işi” adlanan, ordumuza qarşı təcavüz edilmiş bu dövləti cinayətləri barədə yenidən araşdırılma və istintaq olunması haqqında Baş Prokurorluqdan, DİN-dən və DTX-dən birgə məlumatlar yayılmışdır. Bildiyiniz kimi, bu cinayətlər üzrə bundan əvvəl də sosial şəbəkələrdə yayılmış çoxsaylı məlumatlardan, eləcə də, işgəncələrə məruz qalmış həmin şəxslərin özlərinin sosial şəbəkələrdə bildirdikləri məlumatlardan müəyyən olunmüşdür ki, bu cinayətlərin törədiməsinə əsas şərait yaradan, məhz sabiq Baş Prokuror Zakir Qaralovun üzərinə düşən vəzifə borcunun yerinə yetirilməməsi və onun tərəfindən prokuror təsir-tədbirlərinin görülməməsi olmuşdur. Prosessual qanunvericiliyin tələblərinə görə, cinayətkarlığa qarşı mübarizə və Qanunçuluğa nəzarət üzrə prokurorun üzərinə konkret vəzifələr qoyulmuşdur. Həmin vaxtı Qaralov Baş Prokuror kimi dövlətdə yüksək vəzifə tutaraq, Qanunla onun üzərinə qoyulan bu vəzifələri yerinə yetirməmiş və nəzərdə tutulan prokuror təsir-tədbirləri görməmişdir. Sosial şəbəkələrdə yayılmış həmin məlumatlardan açıq-aydın görünür ki, törədilmiş bu cinayətlər haqqında Qaralovun kifayət qədər məlumatları olmuş, hətta həmin cinayətlərin törədilməsində birbaşa özü də iştirak etmişdir. Bunları təsdiq edən faktlar odur ki, işgəncəyə məruz qalan hərbçiləri onun yanına aparıblar və şəxsən onun özü ilə görüşdürüblər. Bu zaman həmin şəxslər təqsirlərinin olmamasını ona bildirmiş, eləcə də, törətmədiyi həmin cinayətləri etiraf etmək üçün onların döyülməsi və işgəncə verilməsi haqqında Qaralova məlumatlar vermişdir. Məlum olmuşdur ki, onun özü də, hərbçilərə işgəncə verilən yerlərdə olmuş və törədilmiş bu cinayətləri görmuşdür. Belə olan halda, dövlətdə Baş Prokuror kimi yüksək vəzifə tutan Zakir Qaralov tərəfindən bu işgəncələrin qarşısı alınmamış və Qanunla onun üzərinə qoyulan prokuror təsir-tədbirləri görülməmişdir. Əksinə, həmin cinayətlər və onu törədən şəxslərin əməlləri ört-basdır edilmişdir. Ona görə də, ilk növbədə Zakir Qaralov cinayət məsuliyyətinə cəlb edilməli və barəsində həbs qəti imkan tədbiri seçilməlidir.

https://www.facebook.com/MeydanTelevision/videos/4596610763750168

Share