Gecənin ağır xəbəri: 2 ölü, 3 yaralı

Gecənin ağır xəbəri: 2 ölü, 3 yaralı

09.01.2022 Off By Füzuli İsmayılov

Cəlilabadda yol qəzasında 2 nəfər dünyasını dəyişdi. Hakimiyyet.info.az xəbər verir ki, hadisə axşam saatlarında Cəlilabad rayon Qarazəncir kəndində baş verib. Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobil işıqlandırılmayan yolda “Kon” markalı yol texnikasına çırpılıb. Qəza nəticəsində Cəlilabad rayon sakinləri – “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü, 1954-cü il təvəllüdlü Xubalıyev Böyükxan İsrafil oğlu xəstəxanada, sərnişin Ağayeva Yaxşıxanım isə hadisə yerində ölüb.

Qəza zamanı avtomobildə olan digər sərnişinlər, Cəlilabad rayon sakinləri – 1955-ci il təvəllüdlü Xubalıyeva Gülarə Əliyusif qızı,
1983-cü il təvəllüdlü Quliyeva Kəmalə Böyükxan qızı və
1966-cı il təvəllüdlü Muradova Səadət Həsənağa qızı, hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar insanların köməkliyi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

Rəşad Əkbəroğlu,

“HAKİMİYYƏT” qəzeti

Share