“Aeroflot” Moskva ilə Nur-Sultan arasında uçuşları bərpa edəcək
09.01.2022“Aeroflot” Hava Yolları yanvarın 10-dan Moskva ilə Nur-Sultan arasında uçuşları bərpa edəcək. Bu barədə Rusiya aviadaşıyıcı xəbər verib.
“Aeroflot” bundan əvvəl yanvarın 9-na planlaşdırılan Moskva – Nur-Sultan – Moskva reyslərini yerinə yetirəcək. Növbəti uçuşlar hər gün həyata keçiriləcək.
Bundan əlavə, “Aeroflot” yanvarın 10-dan Qazaxıstana aviabilet satışını bərpa edəcək./Trend
“HAKİMİYYƏT” qəzeti