13.01.2022 Off By Füzuli İsmayılov

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri Qazaxıstanda missiyasını uğurla başa vurub və qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib.

Hakimiyyet.info.az bildirir ki, bunu sülhməramlı qüvvələrin komandanı Andrey Serdyukov Almatı şəhərində deyib.

Qeyd olunub ki, sülhməramlılar tərəfindən mühafizə olunan obyektlərin Qazaxıstan hüquq-mühafizə orqanlarına təhvil verilməsi başlanılıb.

Xatırladaq ki, ötən gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gündən etibarən sülhməramlı kontingentin çıxarılmasına başlanacağını demişdi.

KTMT sülhməramlı kontingenti ötən həftə Qazaxıstanda baş verən iğtişaşlarla əlaqədar Qazaxıstan tərəfinin müraciəti əsasında bu ölkəyə daxil olmuşdu./Trend

“HAKİMİYYƏT” qəzeti

Share