Kənd sakinləri icra nümayəndəsindən Prezidentə şikayət etdi

14.01.2022 Off By Füzuli İsmayılov

Saatlı rayon Əhmədbəyli kənd sakini Şahin Əsgərov və Novruzəli Əliyevin imzası ilə ölkə Prezidenti İlham Əliyev cənablarına və ölkənin Kütləvi İnformasiya Vasitələrinə Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Əhmədbəyli kənd İnzibati Ərazi üzrə nümayəndəsi Şahmarov Samiq Teymur oğluyla bağlı müraciət olunub.

Saatlı rayon İcra Hakimiyyəti - Home | Facebook

Müraciətdə diqqətdə çatdırırlar ki, icra nümayəndəsi Samiq Şahmarov 2010-2019-cu illərdə ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrinin ölçülərini saxtalaşdıraraq həmin sahələrə görə dövlət tərəfindən verilən subsidyanı mənimsəyib.
Bu barədə 24 fevral 2021-ci ildə Saatlı rayon prokurorluğuna müraciət ediblər. Onlara 15 aprel 2021-ci il tarixdə prokuror Adil Vəliyevin imzası ilə gələn cavab məktubunda cinayət işinin başlanması rədd edilib. Bu səbəbdən də Şirvan Apelyasiya Məhkəməsinə nüraciət ediblər.
Məhkəmə qərarında göstərilir ki, Saatlı rayon Prokurorluğunun sabiq böyük köməkçisi Neymət Məmmədov araşdırma apararkən artıq torpaq sahəsi yazılmış şəxslərin dairəsi, mənimsənilmiş məbləğ müəyyən edilməyib. Samiq Şahmarovun əməlində ən azı mənimsəmə, vəzifə saxtakarlığı, səlahiyyətlərindən sui istifadə cinayətinin tərkibi vardır. Onun fəaliyyəti hərtərəfli yoxlanılmalıdır. Məsələyə ciddi yanaşılmamış, mülkiyyət sənədləri yoxlanılmamış, müqayisə təmin edilməmişdir.
Apelyasiya Məhkəməsi şikayətçilərin göstərdiyi xüsusatları tam və hər tərəfli araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Saatlı rayon Prokurorluğuna göndərilməsi barədə 24 iyun 2021-ci il tarixdə qərar çıxarıb.
Amma hələki Saatlı rayon Prokurorluğu araşdırmanın nəticəsi barədə şikayətçilərə bir xəbər verməyib.

Şahin Əsgərov, Novruzəli Əliyev və digər bir neçə kənd sakini icra nümayəndəsi Samir Şahmarovun mənimsədiyi-dövlətə məxsus pulları geri qaytarmasını və onun cəzalandırmasını istəyirlər.

P.S. Qeyd edək ki, icra nümayəndəsi Samiq Şahmarov şikayətçilərdən biri Şahin Əsgərovun yaşadığı həyətə gedib, onunla su üstündə mübahisə edib. Sonra bu barədə polisə müraciət edərək Ş.Əsgərov tərəfindən xəsarət aldığını bildirib. Bu səbəbdən də Ş.Əsgərovu İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilərək yanvar ayının 7-də 15 gün müddətinə inzibati həbs cəzası veriblər.
Şikayətçilər icra nümayəndəsi Samiq Şahmarovun mənimsəmə etdiyi ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrinin də siyahısını aidiyyatı qurumlara göndəriblər.

“HAKİMİYYƏT” qəzeti

Share