
ABŞ və Gürcüstan rəsmiləri Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə edibllər
15.01.2022Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
Hakimiyyet.info.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilir ki, söhbət zamanı tərəflər regional təhlükəsizlik, ABŞ ilə Rusiya arasında ikitərəfli dialoq, eləcə də Rusiya-NATO və ATƏT Şurası çərçivəsində keçirilmiş görüş və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.