Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı artırılıb

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı artırılıb

17.01.2022 Off By Füzuli İsmayılov

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyən edilib.

Bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Qeyd edək ki, bundan əvvəl müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin 18-ci dərəcəsinə uyğun olaraq, direktor müavinlərinin aylıq vəzifə maaşı isə direktorun vəzifə maaşından 10 faiz aşağı müəyyən edilmişdi.

Qərara əsasən, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” də yeni redaksiyada təsdiq edilib:

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının S X E M İ

Sıra№-siTəhsiliBir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)
pedaqoji staj 3 ilə qədər olduqdapedaqoji staj 3ildən 8 ilə qədər olduqdapedaqoji staj 8ildən 13 ilə qədər olduqdapedaqoji staj 13ildən 18 ilə qədər olduqdapedaqoji staj 18 ildən çox olduqda
1.Ali təhsilli552594624666714
2.Orta ixtisas təhsilli504534552588636

Qeyd edək ki, bundan əvvəl dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının

SXEMİ

Sıra№-siTəhsiliBir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)
pedaqoji staj 3 ilə qədər olduqdapedaqoji staj 3 ildən 8 ilə qədər olduqdapedaqoji staj 8 ildən 13 ilə qədər olduqdapedaqoji staj 13 ildən 18 ilə qədər olduqdapedaqoji staj 18 ildən çox olduqda
1.Ali təhsilli460495520555595
2.Orta ixtisas təhsilli420445460490510

Eyni zamanda həmin Qərarla təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilib:

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının S X E M İ

Sıra№-siTəhsilin pillələri və pedaqoji staja qoyulan tələblərAylıq vəzifə maaşı (manatla)
1.Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər434
2.Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər448
3.Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli,pedaqoji stajı hər iki halda 5 ilə qədər462
4.Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox;ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan490

Qeyd edək ki, indiyə qədər dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının

SXEMİ

Sıra№-siTəhsilin pillələri və pedaqoji staja qoyulan tələblərAylıq vəzifə maaşı(manatla)
1.Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər310
2.Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər320
3.Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər330
4.Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan350

Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Share