Türkiyə XİN Birləşmiş Ərəb Əmirliyinə qarşı hücumu pisləyib

Türkiyə XİN Birləşmiş Ərəb Əmirliyinə qarşı hücumu pisləyib

17.01.2022 Off By Füzuli İsmayılov

Türkiyə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumları pisləyir.

Hakimiyyet.info.az xəbər verir ki, hadisə ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb: “Hücumlarda həyatını itirənlərə Allah rəhmət eləsin, ailələrinə, Birləşmiş Ərəb Əmirlikləri xalqına və hökumətinə başsağlığı veririk”, – deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft infrastrukturunun dron hücumuna məruz qalması nəticəsində 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

“HAKİMİYYƏT” qəzeti

Share