İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinə telefonla zəng edib

İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinə telefonla zəng edib

20.01.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinə telefonla zəng edib. Telefon söhbəti zamanı Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub, strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Dövlət başçıları son vaxtlar Rusiya-ABŞ arasında təmaslar, Qazaxıstanda vəziyyətin sabitləşməsi ilə bağlı məmnunluq ifadə ediblər, Ukrayna ətrafında gedən proseslər müzakirə olunub.

Azərbaycan və Rusiya prezidentləri regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

“HAKİMİYYƏT” qəzet

Share