AŞ PA-nın yeni sədri seçilib
24.01.2022Niderlandlı senator Tini Koks Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni sədri seçilib.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə AŞ PA-nın mətbuat xidməti məlumat verib. Qeyd olunur ki, səsvermə zamanı 164 deputat T.Koksu dəstəkləyib. Onun rəqibi, Ukrayna Ali Radasının deputatı Mariya Mezentseva 80 səs toplayıb.
“HAKİMİYYƏT” qəzeti











