Azərbaycan yığması Antalyada İraqla oynayacaq

Azərbaycan yığması Antalyada İraqla oynayacaq

25.01.2022 Off By Füzuli İsmayılov

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yanvarın 29-dan fevralın 9-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq.

AFFA-nın saytına istinadən məlumat verir ki, yığma hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirəcək.

Millimiz fevralın 2-də İraqın U-19, fevralın 6-də “Rukh”un (Lvov, Ukrayna), fevralın 8-də isə “Antalyaspor”un əvəzdici komandaları ilə qarşılaşacaq.

Təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısı

1Həsənov SahibKeşlə
2Nəzərli KamilQəbələ
3Kazımlı RəvanNeftçi
4Rüstəmov EminSəbail
5Xeyrullayev FarizNeftçi
6Ramazanov İbrahimQəbələ
7Ağayev SamirQəbələ
8Bagiev SadiqKuban (Rusiya)
9Musayev NurlanNeftçi
10Səfərli FəridNeftçi
11Tağızadə NikitaStroqino (Rusiya)
12Süleymanlı AyxanSumqayıt
13Abbasov RüfətNeftçi
14Quliyev BahadurNeftçi
15Axundzadə NərimanQarabağ
16Əliyev XəyalSabah
17Səfərov QurbanKeşlə
18Məmmədov RaulSabah
19Quliyev NicatSabah
20Ağayarov İbrahimQarabağ
21Əbilov ElcanNeftçi
22Qurbanov KamalHammarby (İsveç)
23Ağayev MahmudZirə
24Kərimov CavadKəpəz
25Əliyev MəhəmmədSabah
26Salyanskiy AğadadaşNeftçi
27Bilsel EgeAntalyaspor (Türkiyə)

“HAKİMİYYƏT” qəzeti

Share