Namus Miriyev elektrik cərəyanı vurması nəticəsində ölüb
29.01.2022 Hakimiyyet.info.az xəbər verir ki, Salyan rayon prokurorluğundan daxil olmuş məlumata əsasən yanvarın 27-i saat 13 radələrində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Namus Miriyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, “Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan elektrik şəbəkəsinin Qaraçala şəbəkə sahəsində elektrik montyoru işləyən Namus Miriyev rayonun 1-ci Varlı kəndində elektrik naqilini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Hazırda faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.
“HAKİMİYYƏT” qəzeti











