Məşhur idmançı həbs edildi
29.01.2022Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının cari ilin yanvar ayının əvvəlindən bu günə qədər həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan 40 nəfərdən birinin güləşçi olduğu müəyyənləşib.
Hakimiyyet.info.az xəbər verir ki, bu, Minsk-2019 II Avropa Oyunlarının qalibi və gənclər arasında dünya çempionu olmuş Mahir Əmiraslanovdur.
25 yaşlı sərbəst güləşçi rayonun Zabrat, Bakıxanov, Balaxanı, Pirşağı, Maştağa və digər qəsəbələrində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir.
“HAKİMİYYƏT” qəzeti











