“AZƏRİŞIQ” YARIMÇIQ SAXLADIĞI İŞİ BAŞA VURACAQMI?- SAKİNLƏRİN MÜRACİƏTİ

“AZƏRİŞIQ” YARIMÇIQ SAXLADIĞI İŞİ BAŞA VURACAQMI?- SAKİNLƏRİN MÜRACİƏTİ

03.02.2022 Off By Füzuli İsmayılov

Ölkə başçısının müvafiq göstərişindən sonra Bakıda yüksək gərginlikli elektrik xətlərinin açıq məkandan yeraltı xətlərlə əvəz edilməsi ilk vaxtlar çox böyük vüsətlə həyata keçirilsə də, sonradan bu işin Bakı sakinlərinə məlum olmayan səbəblərdən icrası dayandırıldı. Müxtəlif səbəbləri əsas gətirən “AZƏRİŞIQ” ASC-nin rəhbərliyi bunu gah maliyyə çatışmazlığı, gah pandemiya ilə, gah da texniki səbəblərlə əsaslandırır. Amma bəzi mənbələr isə ayrılmış vəsaitin xərcləndiyini, mənimsənildiyini bildirir.

Belə yarımçıq qalmış işlərdən biri də Binəqədi rayonu ərazisində, rayonun mərkəzində, İcra Hakimiyyətinin yaxınlığındadır. Binəqədi rayonu, Koroğlu Rəhimov 1, ünvanda uzun illərdir yaşayan, yüksək gərginlikli elektrik naqilllərinin təhlükəsini həzm edən sakinlər dəfələrlə müvafiq orqanlara- “AZƏRİŞIQ” ASC-nin sədri Vüqar Əhmdova müraciət etsələr də, əsassız bəhanələr bitmək bilmir. Məcburiyyət qarşısında qalan insanlar məsələnin ictimailəşdirilərək müvafiq orqanlara çatdırılmasını, bununla da əlaqədar təşkilatlardan dəstək almaq istəyirlər. Belə müraciətlərdən birini də redaksiyamıza ünvanlayıblar. Biz də məsələnin nəzarətdə saxlanması üçün müvafiq orqanlara rəsmi müraciətlərimizi bildirir, sakinlərin şikayətinin həllinə köməklik göstərilməsini istəyirik. Mövzuya qayıdacağıq.

Füzuli Əfqanoğlu,

“HAKİMİYYƏT” qəzeti

Share