Goranboyda bacı və qardaş bıçaqlanaraq öldürülüb
06.02.2022Goranboyda baş verən hadisədə ölənlərin adları məlum olub. Hakimiyyet.info.az xəbər verir ki, bıçaqlanaraq öldürülənlər Goranboy rayon Qarasüleymanlı kənd sakinləri 1960-cı il təvəllüdlü Namazova Səlmi Rəcəb qızı və qardaşı 1970-ci il təvəllüdlü Namazov Pərviz Rəcəb oğludur. Hadisəni törədən isə mərhumların həmkəndliləri, 1965-ci il təvəllüdlü Haqverdiyev İlham Şahverdi oğludur.
İ. Haqverdiyev hər iki şəxsi soyuq silahla qətlə yetirib. Hadisənin torpaq sahəsi üstündə baş verdiyi deyilir. O, polis tərəfindən saxlanıb./Apa











