44 Günlük müharibənin QƏLƏBƏ əzmi – müharibədə həkim ŞÜCAƏTİ

44 Günlük müharibənin QƏLƏBƏ əzmi – müharibədə həkim ŞÜCAƏTİ

07.02.2022 Off By Füzuli İsmayılov

II M Ə Q A L Ə

İkinci Qarabağ müharibəsinin başlayıb bitməsindən artıq 2-ci ilə yaxın vaxt ötür. 44 günlük müharibə ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini azad edib, Cəbrayıla, Füzuliyə, Qubadlıya, Ağdama, Şuşaya, Hadruda, Xocəvəndə, Kəlbəcərə, Xocalıya bayrağımızı sancıb, Zəfər günü yazdıq.

…Bizimlə geniş söhbət etməkdənsə, xəstələrin yanında olmağın daha önəmliliyini qeyd edən doktor Əşrəf Qafarov cərrahi əməliyyatların ağırlığndan, çətinliyindən qorxmayan, elarası deyilən əsl ürəkli həkimlərdəndir-desək, onun müalicə edib yenidən həyata qaytardığı yaralı döyüşçülərimizin ürəyindən olar. Çünki bu sözləri onların özlərindən eşitdiyimdən yazmağa daha da cürətləndim.

Yaralı döyüşçünün ağ ciyərindən güllə çıxarılan cərrahi əməliyyat
Yaraliı döyüşçülərin bədənindən çıxarılan qəlpə və güllələr bayrağımıza taxılaraq xəstəxanada asılıb

Hə, bu arada Əşrəf doktorla qısa söhbətimizdə öyrəndim ki, müharibə başlanan ilk gündən Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinin təşkilatçılığı ilə həkimlər cəbhə xəttinə səfərbər edilirdi. 2020-ci ilin sentyabrın 27-də günorta saatlarında İcbari Tibbi Sığortanın sədr müavini Vüqar Qurbanov Yevlax Mərkəzi Xəstəxanasının həkimi Əşrəf Qafarova zəng vuraraq təcili döyüş bölgəsinə, Ağdamın Sarıcallı Hərbi hospitalına getməyi tapşırır. Həkim Əşrəf Qafarov xəstəxananın digər həkimi, ümumi cərrah Teymur Əlləzovla birlikdə həmin hospitala ezam olunurlar. Döyüşlərin başladığı ilk günlərdə çoxlu sayda yaralılarımızın olması böyük tibbi personala ehtiyac yaratmışdı, həkimlər bir stəkan su içməyə belə macal tapmırdılar. Əşrəf doktorun söylədikləridən diqqət çəkən məqamlardan biri də budur ki, tibbi heyət əsgər və zabitlərimizin vətənpərvərliyinə heyran qalmışdı. Əşrəf həkim deyir ki, istər zabit, istərsə də sıravi döyüşçülərimiz yaralandıqlarından çox böyük təəssüf keçirir, tez bir zamanda sağalıb döyüşə qatılmaqların istəyirdilər. Bir neçə gün Sarıcallı hospitalında yaralıların köməyinə çatan Əşrəf Qafarovla Teymur Əlləzov Hərbi hospitala çevrilmiş Yevlax rayon Mərkəzi Xəstəxanasına qayıdıb yaralıların müalicəsini burada davam etdirirlər.

Cəsur əsgərlərimizdən biri, Yevlax rayonundan olan Elçin adlı döyüşçümüz deyir ki, oktyabrın 20-də düşmənin minatanlardan açdığı atəş nəticəsində yaralandım və məni Füzulidəki Diaqnostika Mərkəzinə gətirdilər. İlkin tibbi yardım göstərildikdən sonra Yevlax Rayon Mərkəzi Xəstəxanasına göndərildim. Orada Əşrəf həkimlə tanış olmuşam. Onun həkimlik bacarığından başqa, səmimi davranışı, gülər üzü biz yaralılara ağrımızı unutdururdu. Əşrəf həkim və orada olan bütün tibbi heyət bizə o qədər mehriban, isti münasibət bəsləyirdilər ki, Vətən uğrunda, Torpaq uğrunda döyüşməyimizdən ləzzət alırdıq. Mən fürsət yaranmışkən mətbuat vasitəsiylə Əşrəf həkimlə bərabər orada olan bütün tibbi heyətə, tibb bacıları Gülzadə, Könül, Zöhrə, Ruhiyyə və digər adlarını çəkmədiyim bütün xəstəxana kollektivinə minnətdarlığımı bildirirəm. Əşrəf Qafarov kimi həkimlərimizin sayəsində bizm şəhidlərimizin sayı qat-qat azalmış, yaralılarımız sağalmış, ailələrinə qovuşmuşlar.

Füzuli Əfqanoğlu,

“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru

Davamı var

Share