Hulusi Kılıç: Vətəndaşlarımızın fəal iştirakı çox vacibdir
12.02.2022Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrinin hüquqi cəhətdən təsdiqidir. Hər bir vətəndaşımızın bu Bəyannamənin müddəalarını bilməsi çox mühümdür.
Hakimiyyet.info.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.
Azərbaycan ilə Türkiyə arasında Şuşa Bəyannaməsinə qədər imzalanan bütün sənədlərin zamana uyğun olaraq özünəməxsus tarixi əhəmiyyətə malik olduğunu xatırladan səfir Hulusi Kılıç deyib ki, vətəndaşlarımızın Türkiyə-Azərbaycan münasibətlərinin strateji yol xəritəsinin reallaşmasında fəal iştirakı çox vacibdir.
“HAKİMİYYƏT” qəzeti











