Vladimir Jirinovskinin ölüm xəbəri yayılıb
12.02.2022Rusiya Liberal Demokratik Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin ölüm xəbəri yayılıb.
Bu barədə Rusiyadakı mənbələrdən Hakimiyyet.info.az-a xəbər verilib.
3 gün öncə xəstəxanaya yerləşdirilən Jirinovskiyə vəziyyətinin ağırlığı ilə əlaqədar suni tənəffüs aparatı qoşulmuşdu. 75 yaşlı siyasətçinin vəziyyəti daha da ağırlaşıb və həkimlərin səyinə baxmayaraq, onu komatoz vəziyyətdən xilas etmək mümkün olmayıb. Jirinovski bir neçə gündür ağır vəziyyətdə paytaxt Moskvanın Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi.
“HAKİMİYYƏT” qəzeti











