Prezident və xanımı DİN-nin Daxili Qoşunlarının yeni hərbi şəhərciyinin açılışında iştirak ediblər
13.02.2022Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağcabədi rayonuna səfər ediblər.
Trend-in məlumatına görə, dövlətimizin başçısı və Birinci xanım Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirak ediblər.
“HAKİMİYYƏT” qəzeti











