Baş Prokurorluğun məsul işçiləri canlı yayıma çıxaraq sizi maraqlandıran sualları cavablandıracaqlar
14.02.2022Vətəndaşlar arasında keçirilmiş sorğu zamanı maksimum səs yığan Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi Orxan İsayev, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova və Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə fevralın 15-də Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində saat 11:00-dan saat 12:00-dək canlı yayıma çıxaraq sizi maraqlandıran suallarını cavablandıracaqlar.











