Fransa prezidenti Rusiya və Ukrayna başçıları ilə telefonla danışıb

Fransa prezidenti Rusiya və Ukrayna başçıları ilə telefonla danışıb

20.02.2022 Off By Füzuli İsmayılov

Fransa prezidenti Emmanuel Makron Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə telefon danışığı aparıb. Bu barədə “BFMTV” telekanalının jurnalistləri Yelisey sarayına istinadən bildiriblər. Onların verdiyi məlumata əsasən, E.Makron V.Putinlə bir saat qırx beş dəqiqə danışıb. Qeyd olunub ki, dövlət başçıları “Ukraynada böyük münaqişənin qarşısını almaq üçün mümkün və zəruri səyləri” müzakirə ediblər Fransa prezidentinin V.Zelenski ilə söhbət yarım saat davam edib./Trend

Share