Rusiyanın desant təyyarəsi vuruldu – 100-dən çox ölən var
26.02.2022Hakimiyyet.info.az Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığınıb məlumatına əsasən xəbər verir ki, Ukraynanın Kiyev vilayətinin Vasilkov rayonu ərazisində Rusiya Silahlı Qüvvələrinə məxsus İL-76 təyyarəsi vurulub. Komandanlıqdan bildirilib ki, Belarus istiqamətində qalxdığı təxmin edilən təyyarədə 100-dən çox desantın olduğu ehtimal edilir. Ölən rus hərbçilərin sayı və kimliyi məyyənləşdirilir.
“HAKİMİYYƏT” qəzeti











