UEFA “Qazprom”la əməkdaşlığı dayandırıb

UEFA “Qazprom”la əməkdaşlığı dayandırıb

28.02.2022 Off By Füzuli İsmayılov

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən bildirilib.

“Bu gün UEFA “Qazprom”la bütün turnirlərdə əməkdaşlığı dayandırmaq qərarına gəlib. Qərar dərhal qüvvəyə minir və UEFA Çempionlar Liqası, UEFA milli komanda yarışları və Avro 2024 daxil olmaqla, bütün mövcud müqavilələrə şamil edilir”, – deyə UEFA-dan bildirilib./Trend

Share