Ukrayna və Rusiya nümayəndə heyətləri danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər – Medinski

Ukrayna və Rusiya nümayəndə heyətləri danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər – Medinski

01.03.2022 Off By Füzuli İsmayılov

Belarusdakı görüşdən sonra Ukrayna və Rusiya nümayəndə heyətləri danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər. Bunu jurnalistlərə açıqlamasında Rusiyanın danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinskiy deyib. “Ukrayna tərəfi ilə 5 saata yaxın davam edən danışıqlar indicə başa çatıb. Bu müddət ərzində biz gündəlikdəki bütün maddələri ətraflı nəzərdən keçirdik və ümumi mövqeləri proqnozlaşdıra biləcəyimiz bəzi məqamları tapdıq. Ən əsası isə biz danışıqlar prosesini davam etdirməyə razılaşdıq. Növbəti görüş yaxın günlərdə Polşa-Belarus sərhədində baş tutacaq. Müvafiq müqavilələr var”, – deyə V.Madeniskiy bildirib. /Trend

“HAKİMİYYƏT” qəzeti

Share